Yeddiqat dünya çempionu məşhur filmdə yer alacaq
13 may 2024 949
Formula 1 üzrə yeddiqat dünya çempionu, “Mersedes” komandasının pilotu Lyuis Hemilton filmdə debüt edir.
39 yaşlı yarış sürücüsü Cozef Kosinskinin rejissoru olduğu və Bred Pittin baş rolda çəkildiyi "Apogee” filmində rol alacaq. Filmin nümayiş tarixi hələ məlum deyil. Pitt filmdə gənc sürücüyə idarəçilik edən keçmiş Formula 1 sürücüsünü canlandıracaq. Rollarda həmçinin Xavier Bardem, Damson İdris, Kerri Kondon, Tobias Menziys və Sara Nayls çəkiliblər. Qeyd olunur ki, filmin büdcəsi artıq 300 milyon dolları keçib. «Apogee” bununla da tarixin ən bahalı 12-ci filminə çevrilib. Siyahıda rekord “Ulduz müharibələri: Güc oyanır” filminə (447 milyon dollar) məxsusdur.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı