Yaponiyada cüdo üzrə Azərbaycan yığmasının təlim-məşq toplanışı başa çatıb
24 mart 2025 624
Cüdo üzrə Azərbaycan yığması Yaponiyadakı təlim-məşq toplanışını başa vurub.
Komandamız Tokay Universitetində üç həftə məşq edib.
Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) da daxil olmaqla cüdoçularımız hər gün iki dəfə yerli idmançılarla hazırlıq keçib, sınaq döyüşlərində güclərini yoxlayıblar.
Qeyd edək ki, toplanış komandamızın ilin əsas yarışlarına səmərəli hazırlığının ən vacib aspektlərindən biri kimi dəyərləndirilir.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı