XXV Qış Olimpiya Oyunlarının ən məşğul məşqçisi
15 fevral 2026 - 11:27 357
İtaliyanın Milan-Kortina şəhərində keçirilən XXV Qış Olimpiya Oyunlarında dünya idman mətbuatının diqqətini fiqurlu konkisürmə tarixində unikal bir hadisə cəlb edib.
Fransalı mütəxəssis Benua Rişo təmsil etdiyi milli komandaların sayına göra turnirin qeyri-rəsmi rekordçusu olub.
Cari Oyunlarda Rişo 13 müxtəlif dövləti təmsil edən 16 idmançı üçün həm məşqçi, həm də xoreoqraf qismində çıxış edir.
Bu səbəbdən o, yarış günlərində demək olar fasiləsiz olaraq buz meydançası ilə məşq zonası arasında hərəkət edir.
Beləliklə, fransalı mütəxəssis Olimpiadanın ən məşğul məşqçisi kimi qeyri-rəsmi status qazanıb.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı