XXV Qış Olimpiya Oyunlarının başlanmasına 30 gün qalır
07 yanvar 2026 - 11:10 10101
İtaliyada təşkil olunacaq Milano–Kortina-2026 XXV Qış Olimpiya Oyunlarının başlanmasına 30 gün qalıb.
Olympic.az xəbər verir ki, artıq Oyunlar üçün geri sayım başlayıb. Ölkəmiz budəfəki "Ağ Olimpiada"da iki idmançı ilə təmsil olunacaq. Komandamızın üzvlərindən Anastasiya Papatoma dağ xizəyi, Vladimir Litvintsev isə fiqurlu konkisürmə yarışlarında qüvvəsini sınayacaq.
Qeyd edək ki, ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilən Qış Olimpiya Oyunlarında iştirak edən Azərbaycan atletləri, həmçinin Solt-Leyk-Siti-2002, Turin-2006, Vankuver-2010, Soçi-2014, Pxençxan-2018, Pekin-2022 olimpiadalarında da təmsil olunublar.
Komandamızın bu Oyunlarda əldə etdiyi ən yüksək nəticə 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən Oyunlara təsadüf edib. Həmin yarışda fiqurlu konkisürmənin buzüstü rəqs növündə çıxış edən Yuliya Zlobina və Aleksey Sitnikov cütlüyü 12-ci yeri tutub.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək davam edəcək.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı