Xizək yarışı üzrə Heydər Əliyev Kubokuna yekun vurulub
01 fevral 2026 - 17:30 31
Azərbaycan Qış İdman Növləri Federasiyasının dəstəyi və "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı ilə böyüklər arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib.
Turnirin sonuncu günündə 18-22, 23-45,46-56 və 57+ yaş kateqoriyasında olan 81 həvəskar xizəkçi "Gigant Slalom" növü üzrə mübarizə aparıblar.
Turnirin nəticələrinə əsasən qadınların 18-22 yaş kateqoriyasında Valeriya Duçinka 1 ci, rusiyalı xizəkçi Kristina Stepanova 2 ci, eyni kateqoriyadan olan oğlanlar arasında İsmayıl Tağızade 1-ci, Arif Aşurbəyov 2-ci, Ferid Eliyev isə 3-cü yerə sahib olublar.
23-45 yaş kateqoriyasında Anna Vəliyeva ali kürsüdə ilk yerdə qərarlaşıb. 2-ci və 3-cü yerləri isə Gunay Abdullayeva və Yelena Dubensova bölüşüblər.
Oğlanların eyni adlı kateqoriyasında Ramiz Ağayev 1-ci, Nemet Bağisov 2-ci, rusiyalı xizəkçi Ali Sultanov isə 3-cü olub.
Qadınların 46-56 yaş qrupunda Sanna Skalabre 1-ci, Turan Tağizade 2-ci, kişilər arasında Azər Quliyev 1-ci, kanadalı xizəkçi Ceysn Fraser 2-ci, Rəşad Sultan 3-cü yerdə qərarlaşıb.
57+ kişilərin yaş kateqoriyasında
Azad Kəlbiyev 1-ci, Süleyman Süleymanov 2 ci,
Fizuddin Hüseynov 3-cü pillədə yer alıblar.
Yarışın sonunda qaliblər kubok və medallarla təltif olunub, onlara müxtəlif həvəsləndirici hədiyyələr verilib.
Bənzər xəbərlər
Azərbaycan nümayəndə heyətinin XXV Qış Olimpiya Oyunlarına yollanacağı tarix bəlli olub
Azərbaycan nümayəndə heyətinin İtaliyada keçiriləcək XXV Qış Olimpiya Oyunlarına yollanacağı ... Ətraflı
İdman sahəsində uğur qazanan məktəblilər Milli Olimpiya Komitəsində təltif olundu
Fevralın 3-də Milli Olimpiya Komitəsinin inzibati binasında 2025-ci ildə respublika ... Ətraflı