Xəbərlər

Xizək Alpinizmi üzrə Avropa Çempionatının üçüncü gününə yekun vurulub

06 mart 2026 - 20:17 25

Martın 5-də "Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Avropa Çempionatının üçüncü gününün və eyni zamanda Dünya Kubokunun nəticələri bəlli olub. 

 

Fərdi növ üzrə keçirilən yarışın nəticələrinə əsasən 18 yaşadək qızlar arasında 1-ci yerdə Nuriya Noquera Balaquer (İspaniya), 2-ci yerdə Anastasiya Pşeniçnaya (Rusiya), 3-cü yerdə Antonina Rakus (Polşa) yer alıb. Eyni yaş kateqoriyasında oğlanlar arasında Matey Petre (Rumıniya) ilk pillədə, Gil Rosias Sakrest (İspaniya) 2-ci, Adam Hubats (Slovakiya) isə 3-cü pillədə qərarlaşıb. 

 

20 yaşadək qızlar arasında ilk yeri Helena Oyeringer (Almaniya), Klara Velepets (Sloveniya) 2-ci yeri, 3-cü yeri Emma Boqones Martin (İspaniya) tutub, oğlanlar arasında isə 1-ci pillədə Silas Valter (Almaniya) və 2-ci pillədə Morits Bauregger (Almaniya), 3-cü pillədə Marek Foltin (Çexiya) yer alıb. 

 

23 yaşadək qızlar arasında ilk yeri Tib Dezeyn (İsveçrə), 2-ci yeri Mariya Ordonyes Kobacho (İspaniya), 3-cü yeri İrina Umnitsına (Fərdi Neytral İdmançı), oğlanlar arasında isə ilk yeri Yohannes Lofeyer (Avstriya), 2-ci yeri Yulian Tritşer (Avstriya), 3-cü yeri Silvano Volf (Avstriya) tutub.

 

Böyüklər arasında qadınlar üzrə fərdi növ yarışında 1-ci pillədə Culiya Murada (İtaliya) 2-ci pillədə Marian Faton (İsveçrə) və 3-cü pillədə Alba De Silvestro (İtaliya), kişilər üzrə isə 1-ci pillədə Remi Bonne (İsveçrə) və 2-ci pillədə Tomas Bussar (İsveçrə) , 3-cü pillədə Yohannes Lofeyer (Avstriya) qərar tutub. 

 

Azərbaycanı yarışda 18 yaşadək oğlanların fərdi növü üzrə Nurid Şəkərəliyev, 20 yaşadək oğlanlar üzrə isə Nəbiyulla Qələbəqiyev təmsil edib. Nurid Şəkərəliyev yarışı 7-ci, Nəbiyulla Qələbəqiyev isə 6-cı pillədə yekunlaşdırıb. 

 

Qeyd edək ki, Avropa Çempionatı Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

 

Çempionatda Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı iştirak edir.