Xizək alpinizmi üzrə Avropa çempionatının ilk qalibləri mükafatlandırıldı
04 mart 2026 - 12:10 212
Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatında ilk qaliblər müəyyənləşib.
U-18 kateqoriyası üzrə sprint yarışlarında kişilər arasında Fransijek Yopek (Çexiya) birinci, Matey Petre (Rumıniya) ikinci, Adam Hubaç (Slovakiya) üçüncü yeri tutub. Qadınların mübarizəsində Nuria Noqueyra (İspaniya) qızıl, Antonina Rakuş (Polşa) gümüş, Nataliya Bobrovska (Polşa) bürünc medal qazanıb.
U-20 kateqoriyasında isə kişilər arasında Aaron Alvares (İspaniya) finişə birinci, Marek Foltin (Çexiya) ikinci, Morits Bauregger (Almaniya) üçüncü çatıb. Qadınlarda Helena Öringer (Almaniya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Emma Albrext (Avstriya) gümüş, Klara Velepeç (Sloveniya) bürünc mükafata sahib olub. Qaliblər diplom və medallarla təltif olunublar.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı