Xizək alpinizmi üzrə Avropa çempionatının ikinci günü yekunlaşıb
05 mart 2026 - 16:31 283
Martın 5-də "Şahdağ" Turizm Mərkəzində Xizək alpinizmi üzrə Avropa çempionatının ikinci gününə yekun vurulub.
Qarışıq estafet (mixed relay) növü üzrə yeniyetmə və yetkin kişi və qadınlar arasında yarışın nəticələri müəyyənləşib.
Belə ki, yeniyetmə kişi və qadınlar arasında 1-ci yerdə Almaniya, 2-ci yerdə İspaniya, 3-cü yerdə isə Rusiya təmsilçiləri qərarlaşıb.
Yetkin kişi və qadınlar arasında keçirilən yarışda ilk pillədə İsveçrə, 2-ci pillədə İtaliya, 3-cü pillədə Almaniya idmançıları yer alıblar.
Azərbaycanı qarışıq estafet növündə Nəzrin Qəribova və Nəbiyulla Qələbəqiyev təmsil edib.
Martın 6-da idmançılar fərdi və vertikal növləri üzrə mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa Çempionatı Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Çempionatda Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı iştirak edir.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı