“Xilasedici" komandası voleybol üzrə Azərbaycan çempionu olub
18 aprel 2026 - 19:45 36
Aprelin 18-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının final oyunu keçirilib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, final mərhələsində "Xilasedici" və "Ordu" komandaları üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən oyunun qalibi "Xilasedici" komandası olub. 3:1 (24:26, 25:16, 27:25, 25:21) hesabı ilə qalib gələn "Xilasedici" komandası turnirin çempionu, "Ordu" isə ikinci yerin sahibi olub.
Çempion komandaya kubok və medalları, habelə 2-ci və 3-cü yeri tutmuş komandalara medalları Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Gömrük Komitəsinin sədri - Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, həmçinin digər rəsmilər təqdim ediblər.
Bənzər xəbərlər
Avarçəkənlər Türkiyədən 3 medalla qayıdırlar
Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə “Bahar ... Ətraflı
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında medal qazanıb
Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında ... Ətraflı

