“Xilasedici” bürünc medal yolunda ilk addımı atdı
20 aprel 2025 685
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda mübarizəyə start verilib. Bürünc medal uğrunda ilk qarşılaşmada “Neftçi” və “Xilasedici” komandaları üz-üzə gəlib. “Xilasedici” komandası inamlı oyun nümayiş etdirərək rəqibi üzərində 3:0 (25:20, 25:22, 25:17) hesablı qələbə qazanıb və seriyada önə keçib. Görüşdə hər üç setdə üstün olan “Xilasedici” meydandakı oyun intizamı və effektiv hücumları ilə seçilib.
Tərəflər arasındakı ikinci qarşılaşma sabah baş tutacaq. Reqlamentə əsasən, bürünc medalın sahibi iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Əgər hər iki komanda bir qələbə qazansa və xallar bərabər olarsa, qalibi müəyyən etmək üçün “Qızıl set” oynanılacaq.
Xatırladaq ki, üçüncü yer uğrunda seriyada qalib gələn komanda mövsümü Azərbaycan Yüksək Liqasının bürünc medalçısı kimi başa vuracaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı