Xalq artisti Emin Ağalarov: "Qızım ilə fəxr edirəm"
19 may 2025 584
"Bu Əminənin qatıldığı ilk beynəlxalq yarış idi və o, birinci yeri tutdu. Atası olaraq, mən onunla fəxr edirəm".
Bunu kunq-fu üzrə dünya çempionatında qızıl medal qazanmış Əminə Əliyevanın atası, Xalq artisti Emin Ağalarov bildirib.
O, qızının bu nailiyyətini olduqca xoş və gözlənilməz adlandırıb.
"Əminə olduqca intensiv şəkildə yarışlara hazırlaşırdı. Gündə 2 dəfə mənim nəzarətim altında "SeaBreeze"də məşq edirdi. Onun çox yaxşı məşqçilər komandası var. Amma düzünü desəm, çox xoş və gözlənilməz oldu. Çünki ilk dəfə idi beynəlxalq yarışlara qatılırdı. Bütün seçimləri və toplanışları keçdi, uğurla çıxış etdi və mütləq birinciliyi əldə etdi. Bu mənim üçün böyük fəxrdir", - E.Ağalarov qeyd edib.
O, qızının bütün yarışlarını izlədiyini və gözlərinə inana bilmədiyini deyib.
"Evdəki böyük qardaşlarına da demişəm ki, artıq evdə qorxmalı olduğumuz birisi var", - deyə Xalq artisti zarafat edib.
E.Ağalarov Əminənin gələcək karyerasına da toxunub. O, bildirib ki, əgər qızı məşqləri davam etdirmək qərarı verərsə, valideynləri onu dəstəkləyəcəklər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı