Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsümün püşkü atılıb
23 sentyabr 2025 - 19:30 588
Qadın və kişi voleybolçular arasında Yüksək Liqaların 2025–2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, tədbirdə federasiya və klubların nümayəndələri iştirak ediblər.
Yeni mövsümdə qadınların Yüksək Liqasında 9 komanda – “Azərreyl”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, eləcə də debütant “DH Volley”, “Turan” və “Gənclər” klubları mübarizə aparacaqlar. Yarışlar liqa (ilkin mərhələ) və pley-off mərhələsindən ibarət olacaq. Liqa mərhələsi dairəvi sistem üzrə ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, ən yaxşı 8 komanda pley-offa yüksələcək.
Kişilərin çempionatında isə 6 komanda – “Azərreyl”, “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, ORDU və “Gənclər” çıxış edəcək. Oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq. İki dövrənin yekununda ilk 4 pillədə qərarlaşacaq komandalar pley-offda iştirak hüququ qazanacaqlar.
Oyunların keçirilmə vaxtı və məkanı barədə məlumat veriləcək.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı