Voleybol millimiz İslamiadada növbəti oyununu keçirib
09 noyabr 2025 - 18:04 607
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən voleybol yarışları davam edir.
Olympic.az xəbər verir ki, bu gün qadın voleybolçulardan ibarət millimiz Oyunlarda növbəti oyununu keçirib. Komandamız üçüncü oyunda Türkiyə millisi ilə qarşılaşıb. Oyun rəqibin 0:3 (12:25, 8:25, 10:25) hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamız növbəti oyununu noyabrın 12-də Əfqanıstan yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, oyunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov da izləyib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı


