VI İslam Həmrəyliyi Oyunları: Azərbaycanın 2 cüdoçusu finala yüksəlib
08 noyabr 2025 - 14:52 467
Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Olympic.az xəbər verir ki, Könül Əliyeva (48 kiloqram) yarımfinalda Qazaxıstanlı Diana Burkeyevanı, Hidayət Heydərov (73 kiloqram) isə Tacikistanlı Abubakr Şerovu məğlub edərək həlledici görüşə vəsiqə qazanıblar.
1/4 finalda Hidayət Heydərov (73 kiloqram) Faye Aleks Njiyə, Könül Əliyeva (48 kiloqram) isə tacik Ahliya Muminovaya qalib gəlib.
Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə təsəlliverici görüşlərdə qələbə qazanaraq, bürünc medal qarşılaşmalarında iştirak hüququ əldə ediblər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı