Veteran stolüstü tennisçilər ölkə çempionatında iştirak edirlər
20 aprel 2024 981
Aprelin 20-də veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib. Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətindən verilən məlumata görə, “Şüa” idman kompleksində təşkil olunan turnirdə Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Gədəbəydən ümumilikdə 60-a yaxın usta idmançı bacarığını nümayiş etdirir.
Budəfəki çempionatda kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparırlar. Yarışda həm şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçılar müəyyənləşəcək. Çempionatın final görüşləri aprelin 21-də keçiriləcək. Fərqlənən iştirakçılara ASTF-nin mükafatları təqdim olunacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı