Üzgüçülük üzrə “Parlaq Ulduz” Uşaq Liqasının 2-ci mərhələsi keçirilib
08 aprel 2024 1301
6-7 aprel tarixlərində Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə “Parlaq Ulduz” Uşaq Liqasının 2-ci mərhələsi start götürüb. Sərhədçi İdman Olimpiya Mərkəzində təşkil olunan turnurdə turnirdə 13 komandada 150-dən çox kiçik yaşlı uşaqlar mübarizə aparırlar. Yarışda üzgüçülük üzrə milli komandanın məşqçilər heyəti iştirak edib. Azərbaycan Üzgüçülük Federasiyasının baş katibinin müavini Tamerlan Abdullazadənin verdiyi məlumata görə yarışın keçirilməsində əsas məqsəd azyaşlı idmançılar arasında perspektivli üzgüçülərin üzə çıxarılması və onların məşqçilərin nəzarəti altında məşqlər keçərək milli komandanın rezerv komandasına cəlb olunmasıdır.
“Parlaq Ulduz” Uşaq Liqasının sonuncu - final mərhələsi isə may ayında Bakı Su İdman Sarayında təşkil olunacaq. Final mərhələsinin qalibləri medallar və diplomlarla təltif ediləcəklər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı
.jpeg)

.jpeg)

.jpeg)
