Uşanqi Kokauri Böyük Dəbilqə turnirində bürünc medal qazanıb
30 noyabr 2025 - 19:52 541
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.
İdmançı +100 kq çəkidə üçüncü yeri tutub.
O, həlledici görüşdə Niderland təmsilçisi Yur Spaykersi ipponla məğlub edərək fəxri kürsüyə yüksəlib.
Yığmanın digər üzvləri - Əhməd Yusifov (60 kq), Murad Fətiyev (90 kq) və Camal Qamzatxanov (+100 kq) turniri 5-ci yerdə başa vurublar.
Qeyd edək ki, ilk üç qarşılaşmasında qələbə qazanan Murad Fətiyev zədələndiyi üçün yarımfinal mərhələsində mübarizəni davam etdirə bilməyib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı