Uill Smit möhtəşəm səhnə performansları ilə F1 fanatlarına unudulmaz gecə yaşatdı
14 sentyabr 2024 930
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün ilk günü unudulmaz anlarla yadda qalıb.
Avtoidman həvəskarları və musiqi sevənlər Crystal Hall-da baş tutan möhtəşəm gecənin şahidi oldular. Hollivudun məşhur siması, aktyor və musiqiçi Uill Smit səhnəyə çıxaraq özünəməxsus enerjisi və performansı ilə fanatları coşdurdu.
Onun səsləndirdiyi hitlər, xüsusən də 90-cı illərin musiqi sevərlərinə nostalji hislər yaşatdı. Ulduzun canlı çıxışı ilə yanaşı müasir səhnə effektlərinin yaratdığı ab-hava gecəyə xüsusi rəng qatdı.
Əyləncə Uill Smitin çıxışı ilə yekunlaşmayıb.
Gecənin ikinci hissəsində elektron musiqi dünyasının ulduzu, Qremmi mükafatlı DJ Black Coffee səhnəyə çıxaraq öz fərqli üslubu ilə azarkeşləri heyran etdi. Onun təqdim etdiyi enerji dolu musiqilər tamaşaçılara ritmlərlə dolu unudulmaz bir gecə bəxş etdi.
Bu xüsusi gecə yarış həftə sonunun mükəmməl bir başlanğıcı oldu.
Qeyd edək ki, mövsümün 17-ci yarışı olan Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün final yürüşü15 sentyabrda baş tutacaq.
Bənzər xəbərlər
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq.
Bu barədə Azərbaycan Su ... Ətraflı
Avropa çempionatı: Cüdoçularımız ilk yarış gününü iki medalla başa vurdular
Azərbaycan komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə çempionatında daha ... Ətraflı





