Üç cüdoçumuz "Böyük Dəbilqə" turnirində bürünc medal görüşünə çıxacaq
14 fevral 2025 448
Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
Yarışın ilk günündə tatamiyə 12 cüdoçumuz çıxıb ki, onlardan üçü bürünc medal uğrunda mübarizə aparacaq. Komandamızın üzvlərindənƏhməd Yusifov, Balabəy Ağayev (hər ikisi -60 kq) və Elşən Əsədov(-66 kq) üçüncü yer uğrunda görüşə çıxacaq.Balabəy Ağayev həlledici görüşdə belçikalı Jorre Verstraetenlə, Əhməd Yusifov ukraynalı Dilşot Xalmatovla, Elşən Əsədov isə özbəkistanlı Azizbek Ortıkovla qarşılaşacaq. Final görüşlərinə saat 17:00-da start veriləcək.
Bu gün tamamiyə çıxan digər 9 idmançımız isə əvvəlki mərhələlərdə məğlub olaraq mübarizəni erkən dayandırıblar.
Qeyd edək ki,fevralın 16-dək davam edəcək "Böyük Dəbilqə" turnirində 36 ölkədən 258 (166 kişi, 92 qadın) idmançı mübarizə aparır. Azərbaycan komandası yarışda 32 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı