U-21 gənclər arasında ölkə birinciliyinin komanda yarışları keçirildi
03 fevral 2025 897
3 fevralda 21 yaşa qədər cüdoçuların ölkə birinciliyinin qızlar və oğlanlar arasında komanda yarışları keçirilib.
Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda qızlar arasında 3 komanda, oğlanlar arasında isə 5 komanda kubok uğrunda mübarizə aparıb.
Qızların yarışında -52 kq., -57 kq., -63 kq., -70 kq. və +70 kq. çəkilərdə, oğlanların yarışında -66 kq., -73 kq., -81 kq., -90 kq. və +90 kq. çəki dərəcələrində ümumilikdə 55 cüdoçu gücünü sınayıb.
Qızların yarışında qalib Cüdo Klub 2012 komandası olub. Gümüş medala Abşeron-Xızı regionunun komandası sahib çıxıb.
Oğlanların yarışda çempionluğu Cüdo Klub 2012 qazanıb. Azəri-Cüdo İdman Klubu ikinci, Atilla İdman Klubu üçüncü yeri tutub.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı