Türkiyədə çövkənin inkişafı üçün Qarabağ atlarından istifadə olunacaq
03 oktyabr 2025 - 17:00 621
Ağcabədi şəhərində yerləşən Qarabağ Atçılıq Kompleksindən beş Qarabağ atı Türkiyənin Sivas şəhərinə göndərilməsi üçün seçilib.
Bu barədə III MDB Oyunları ilə əlaqədar Azərbaycanda səfərdə olan Türkiyə Çövkən Federasiyasının prezidenti Fatih Keşe jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Sivasda ölkənin ilk ixtisaslaşmış çövkən kompleksi inşa olunub və Türkiyə bu qədim oyunun dirçəldilməsinə böyük önəm verir. Qeyd olunub ki, Azərbaycanın dəstəyi ilə bu idman növünün birgə inkişafı istiqamətində fəal iş aparılır.
Xatırladaq ki, MDB Oyunlarında çövkən yarışları Şəki şəhər stadionunda keçirilir. Türkiyə yığması qrup mərhələsini üçüncü pillədə başa vuraraq turnirdə çıxışını yekunlaşdırıb. Azərbaycan milli komandası isə iki inamlı qələbə qazanaraq yarımfinala yüksəlib və medal uğrunda mübarizəsini davam etdirir.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı