Triatlonçularımız Türkiyədə uğurla çıxış ediblər
06 noyabr 2023 376
Türkiyənin Bələk şəhərində rəsmi "Ironman” seriyasının triatlon üzrə növbəti yarışı baş tutub.
Azərbaycan Triatlon Federasiyasından verilən məlumata görə, ölkəni bu yarışda ən geniş heyətlə "Triterra Baku Triathlon” klubu təmsil edib. Komandanın 11 üzvünün hamısı məsafəni uğurla başa vuraraq, yüksək nəticə qazanıblar.
Azərbaycan triatlon idmanı tarixində ilk dəfə olaraq, ölkəni təmsil edən ata və oğul - Fəxri və Qüdrət Əkbərovlar bir estafet cütlüyü olaraq beynəlxalq triatlon yarışında mübarizə aparıb.
Klubun baş məşqçisi Aleksandr Mordasov ata-oğulun eyni yarışda iştirakını dəyərləndirərkən deyib: "Klubun əsas vəzifəsi bu idman növünü nəsillərə ötürməkdir. Məhz buna görə ölkəmizdə "dəmir insanlar" hərəkatı yaradılıb. Bu hadisə onların hər ikisi üçün şəxsi qələbədən əlavə, möhkəm ailə bağı, birlik və əsl miras simvolu idi. Onlar bir daha sübut etdilər ki, məhz ailə böyük məqsədlərə çatmaqda ilham və dəstək mənbəyidir”.
Qeyd edək ki, "Ironman” yarışı idman aləminin ən ciddi və həyəcanverici növlərindən biridir. Bu, üç fərqli yarışı özündə birləşdirir: açıq suda üzgüçülük, uzun məsafəyə velosiped sürmək və marafon qaçışı. İştirakçılar nəhəng fiziki və psixoloji çətinliklərin öhdəsindən gələrək təkcə rəqibləri ilə deyil, həm də özləri ilə yarışırlar.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı