Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley matçı təşkil edilib
30 yanvar 2025 518
Azərbaycanın dünyaşöhrətli futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə futbol veteranları və idman jurnalistləri arasında yubiley matçı keçirilib.
Əfsanəvi referinin adını daşıyan mərkəzi arenada təşkil edilən oyundan öncə Dövlət Himni səsləndirilib. Daha sonra mərhum hakimin və Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Final fitindən əvvəl T.Bəhramovun nəticəsi Bəhram Bəhramov topa simvolik toxunuş edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma futbol veteranlarının 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağdamda anadan olub. 1966-cı ildə keçirilmiş dünya çempionatında Almaniya və İngiltərə milli komandaları arasında final oyununda Cefri Hertsin qolunu qeydə alan mərhum referi bu qərarı ilə daha da məşhurlaşıb. Daim prinsipiallığı, obyektivliyi ilə seçilən hakim oyundan sonra Kraliça II Yelizavetanın şəxsən təqdim etdiyi “Qızıl fit” mükafatına layiq görülüb.
T.Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı