Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə beynəlxalq turnirə yekun vurulub
29 iyun 2025 - 19:06 658
Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə “Crocus Fitness Sea Breeze International Padel Cup” seriyasında ikinci turnirə yekun vurulub.
Beynəlxalq yarışın mükafatlandırma mərasimində Azərbaycan Tennis və Padel Federasiyasının vitse-prezidenti Mehman Qocayev turnirin əhəmiyyətini yüksək qiymətləndirib və medalçıları təbrik edib. İtaliyadan olan Rikkardo Sinikropi və Culio Qraziotti cütü çempion olublar. Onlar ispaniyalı idmançılardan Adrian Rodrigez ilə Hektor Vaskesə qalib gəliblər (6:7, 7:5, 6:2). Azərbaycanlı tennisçilər Tamerlan Əzizovla Yusif Rzayev isə 3-cü yer uğrunda dueldə millimizin digər üzvləri Rəsul Qocayev və Kənan Qasımova qalib gəliblər - 6:3, 6:4. Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, İspaniya, Sudan, Yəmən və Portuqaliya idmançıları da iştirak ediblər.
Turnirin əsas məqsədi Azərbaycanda padel idman növünün təbliğatı və beynəlxalq səviyyədə tanınmasıdır.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı