Təhlükəsiz İdman üzrə beynəlxalq dərəcəli ekspert Lüsi Troşet Milli Gimnastika Arenasında olub
16 oktyabr 2025 - 14:29 482
Oktyabrın 16-da Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə III Təhlükəsiz İdman Forumu çərçivəsində ölkəmizə gələn Təhlükəsiz İdman üzrə beynəlxalq dərəcəli ekspert Lüsi Troşet Milli Gimnastika Arenasında olub.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, tədbirdə Azərbaycan Gimnastika Federasiyasının tibb və təhlükəsizlik üzrə meneceri Namiq Bədirxanov, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov, MOK-un idman şöbəsinin baş məsləhətçisi, təhlükəsiz idman üzrə beynəlxalq inspektor Vaqif Əliyev, MOK-un Təhlükəsiz idman üzrə işçi qrupunun üzvü Elxan Səmədzadə, təhlükəsiz idman üzrə məsləhətçi Ayan Xankişiyeva və federasiyaların nümayəndələri iştirak ediblər.
Görüş zamanı qonağa arenanın infrastrukturu ilə bağlı məlumat verilib və təhlükəsiz idman çərçivəsində görülən işlər barədə söhbətlər aparılıb.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
