Taekvondoçumuz Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı
07 avqust 2024 994
Azərbaycan komandası Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.
Bu uğura taekvondo yarışlarının ilk günündə mübarizə aparan idmançımız Qaşım Maqomedov nail olub.
58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda irlandiyalı Cek Uolleyə, növbəti mərhələdə isə ispaniyalı Adrian Visente qalib gəlib. Yarımfinalda italiyalı Olimpiya çempionu Vito Dellakvilaya da qalib gələn taekvondoçumuz həlledici görüşə vəsiqə qazanıb.
Final görüşündə idmançımızın rəqibi ötən il Bakıda keçirilən dünya çempionatının qalibi cənubi koreyalı Park Tae-Jun olub.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əvvəllərində zədələnən idmançımız görüşü sona qədər davam etdirə bilməyib. Beləliklə, taekvondoçumuz Paris-2024-ün gümüş medalına sahib çıxıb.
Bununla da Azərbaycan komandasının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı medalların sayı 4-ə çatıb. Əvvəlki yarış günlərində cüdoçularımız Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) qızıl medal qazanaraq Olimpiya çempionu adını qazanıblar. Boks yarışlarında ölkəmizi təmsil edən Alfonso Dominqes (92 kq) isə finala vəsiqə qazanmaqla ən azı gümüş medalı təmin edib.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı





