Taekvondoçularımız III Avropa Oyunlarını iki medalla başa vurublar
26 iyun 2023 221
Azərbaycan taekvondoçusu Taleh Süleymanov (87 kq) Polşada keçirilən III Avropa Oyunlarını medalsız başa vurub.
T.Süleymanovun səkkizdəbir finalda uduzduğu almaniyalı rəqibi Aleksander Baxmanın növbəti mərhələdə məğlub olması idmançımızın medalsız qalmasına səbəb olub.
Beləliklə, Azərbaycan taekvondoçuları yarışı iki medalla başa vurublar. Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc medal qazanıblar.
Xatırladaq ki, iyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. Atletlər idmanın 29 növü üzrə 253 dəst medal uğrunda yarışırlar. Azərbaycan “Krakov-2023”də idmanın 13 növü üzrə 86 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı