Taekvondoçularımız Avropa çempionatında iştirak edəcəklər
06 may 2024 573
Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, mayın 9-12-də təşkil olunacaq turnirdə ölkəmizi 12 idmançı təmsil edəcək. Onlardan 8-i kişi, 4-ü isə qadın taekvondoçudur.
Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Elnur Amanov yarışda Səyyad Dadaşov (54 kiloqram), Qaşim Maqomedov (58 kiloqram), Riyad Şirəliyev (63 kiloqram), Yaşar Məmmədli (68 kiloqram), Cavad Ağayev (74 kiloqram), Eltac Qafarov (80 kiloqram), Taleh Süleymanov (87 kiloqram) və Hamidreza Badrialiabadiyə (+87 kiloqram) şans verəcək.
Qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkla böyük məşqçi Seul Bi Li isə çempionatda Zemfira Həsənzadə (46 kiloqram), Məryəm Məmmədova (49 kiloqram), Nigar Abdullayeva (53 kiloqram) və Leyla Bəşirovanı (57 kiloqram) sınayacaq.
Yarışda beynəlxalq dərəcəli hakimimiz Aygül Abdullayeva referilər sırasında yer alacaq.
Bu gün səfərə yollanan komandaya Azərbaycan Taekvondo Federasiyasının Nəzarət-Təftiş komitəsinin sədri Anar Surxayzadə rəhbərlik edəcək.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı