Stolüstü tennisçilərimiz mükafatlandırılıblar
08 mart 2024 734
Bu gün Azərbaycan Stolüstü Tennis Federasiyasında tədbir keçirilib. Federasiyanın vitse-prezidenti Elmar İslam, baş katibi Könül Mikayılova və məşqçilər heyətinin qatıldığı tədbirdə əvvəlcə qızlardan ibarət seçmə komandanın üzvlərinə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hədiyyələr təqdim olunub. Ardınca son beynəlxalq yarışlarda etimadı doğruldan idmançılar və milli komandanın məşqçiləri mükafatlandırılıblar.
Onlara qarşıdakı yarışlarda da uğurlar arzulanıb, lazımi tövsiyyələr verilib. Xatırladaq ki, seçmə komandanın üzvləri fevral ayında qatıldıqları nüfuzlu tunirlərdə 3 medal qazanıblar. Onur Quluzadə Əlcəzairdə keçirilən dunya seriyalı “WTT Youth Contender” yarışında qızıl, Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Avropa Gənclər Seriyası” turnirində bürünc medala layiq görülüb. Yagmur Məmmədli isə Əlcəzairdəki yarışda fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı