Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının son günündə 5 medal qazanıblar
24 may 2026 - 19:59 145
Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U15 Avropa çempionatına yekun vurulub.
Sonuncu yarış günündə Azərbaycanın 5 sərbəst güləşçisi fəxri kürsüyə qalxıb. Finaladək bütün görüşləri vaxtından əvvəl qələbə ilə başa vuran Yusif Abdullayev (38 kiloqram) son qarşılaşmada da ənənəsinə sadiq qalıb. Gürcüstan təmsilçisi Rezi Yobidzeyə tam üstünlüklə (10:0) qalib gələn həmyerlimiz Avropa çempionu olub.
Elman İsmayılov (41 kiloqram) finalda bolqarıstanlı Simyon Velikova 4:15 hesabı ilə uduzub və gümüş medalı boynundan asıb.
Məhəmməd Kərimov (44 kiloqram) belaruslu Aleksandr Hamova tam üstünlüklə (16:6) qalib gələrək bürünc medal qazanıb.
Adəm Quliyev (52 kiloqram) finalda rusiyalı Badruddin Maqomedova 7:9 hesabı ilə məğlub olub və yarışı ikinci pillədə başa vurub.
Yusif Hüseynov (62 kiloqram) isə bürünc medal uğrunda görüşdə rusiyalı Zaur Najmudinovu üstələyib – 5:0.
Beləliklə, sərbəst güləş millimiz qitə birinciliyində 6 medal əldə edib. Xatırladaq ki, ötən gün Elvin Necəfzadə (85 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı