Milli Olimpiya Akademiyaları və Milli Olimpiya Komitələrinin nümayəndələri üçün 19-cu Beynəlxalq sessiya keçirilir
23 may 2026 - 19:40 27
Mayın 17-də Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən Beynəlxalq Olimpiya Akademiyasının (BOA) qərargahında "Milli Olimpiya Akademiyaları və Milli Olimpiya Komitələrinin nümayəndələri üçün 19-cu Beynəlxalq sessiya"ya start verilib.
Bu mötəbər sessiyada dünyanın müxtəlif ölkələrindən gələn idman idarəçiləri, rəsmi nümayəndələr və Olimpiya Hərəkatının ekspertləri iştirak edirlər.
Tədbirdə ölkəmizi Milli Olimpiya Komitəsinin idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev təmsil edir.
Beynəlxalq sessiyanın baş mövzusu idman dünyasında şəffaflıq və bərabərliyin təmin olunması baxımından böyük aktuallıq kəsb edən "İnklüzivliyin, Dürüstlüyün və İdarəetmənin gücləndirilməsi" istiqamətinə həsr edilib.
Sessiyada mühazirələr və akademik müzakirələrlə, o cümlədən idmançıların hüquq və məsuliyyətləri, etik Olimpiya liderliyi və idmançılar üçün təhsilin təşviq edilməsində Milli Olimpiya Akademiyalarının rolu mövzusundakı təqdimatlar olub. Nümayəndələr həmçinin arxeoloji qazıntı sahəsinə və Muzeyə təşkil olunacaq bələdçi ekskursiyası vasitəsilə Qədim Olimpiyanın tarixi və mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. İştirakçılar mühazirələr, panel müzakirələri, seminarlar və mədəni fəaliyyətlər vasitəsilə idmançıların təhlükəsizliyinin qorunması, dürüstlük, səmərəli idarəetmə, etik liderlik, inklüzivlik və idmançı hüquqlarının müdafiəsi kimi əsas məsələlərə toxunublar.
Beynəlxalq Olimpiya Akademiyası bu sessiya vasitəsilə Olimpiya təhsili və dialoqu üzrə qlobal mərkəz rolunu bir daha təsdiqləyir; yeni nəsilləri ruhlandırmaq, Olimpiya Hərəkatının təhsil sahəsindəki təsirini gücləndirmək və bütün dünyada Olimpiya dəyərlərini cəmiyyətlər arasında təbliğ etmək missiyasında Milli Olimpiya Akademiyalarını (MOA) və Milli Olimpiya Komitələrini (MOK) dəstəkləyir.
Sessiyaya mayın 24-də yekun vurulacaq.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Olimpiya çempionları yeniyetmə və gənc güləşçilərlə görüşüblər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman ... Ətraflı
Stolüstü tennisçilər Özbəkistandan 7 medalla qayıdırlar
Azərbaycanın stolüstü tennisçiləri Özbəkistanın Andijan şəhərində Rafik Şiriyevin xatirəsinə həsr ... Ətraflı








