Xəbərlər

Qılıncoynatma üzrə Azərbaycan millisi Dünya Kubokunda altıncı olub

25 may 2026 - 11:22 18

Qılıncoynatma üzrə Azərbaycan millisi Perunun paytaxtı Limada keçirilmiş Dünya Kubokunda altıncı yeri tutub.

 

Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət yığma komanda yarışında 24 ölkə arasında 6-cı olub.

 

İlk görüşdə Kolumbiya yığmasına 45:27 hesabı ilə qalib gələn sablyaçılar ən güclü "8-liy"ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada turnirin reytinq favoritlərindən sayılan Yaponiya kollektivini 45:39 hesabı ilə məğlub edib.

 

Bürünc medalın bir addımlığında olan milli yarımfinal uğrunda qarşılaşmada Polşa sablyaçıları ilə üz-üzə gəlib. Görüş rəqibin 45:44 hesablı qələbəsi ilə başa çatıb.

 

Komanda 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə Koreya yığmasını 45:41 hesabı ilə məğlub edib, İtaliya kollektivinə 42:45 hesabı ilə uduzub.