Stend atıcılarımız MDB Oyunlarında daha üç medal qazandılar
30 sentyabr 2025 - 17:30 529
Bu gün Qəbələdə III MDB Oyunları çərçivəsində stend atıcılığı üzrə növbəti yarışlar keçirilib.
Yarışların üçüncü günündə Azərbaycan idmançıları daha üç medal qazanıblar.
Oğlanlar arasında dairəvi stend yarışında Cavid Həsənov III MDB Oyunlarının gümüş medalını qazanıb. Qızların yarışında isə Daniella Ulanova üçüncü yeri tutub. Səngər stendi üzrə qarışıq komanda yarışlarında Mürtəza Novruzlu ilə Nərmin Cəfərova dueti də bürünc mükafata sahib çıxıblar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı