Skopye-2025: Taekvondoçumuz erməni rəqibinə qalib gəldi
23 iyul 2025 - 14:51 626
Bu gün XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən taekvondo yarışlarına da start verilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, ilk yarış günündə üç idmançımız mübarizə aparır. Artıq ilk idmançımız Mehdi Budaqlı dayanq üzərinə çıxıb.
48 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionumuz ilk mərhələdə rəqib görüşə çıxmadığına görə qalib elan edilib.
Təmsilçimiz 1/16 finalda isə ermənistanlı Sergey Davtyana qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Taekvondoçumuzun 1/8 finaldakı rəqibi türkiyəli Altuq Keske olacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı