Skopye-2025-in atletika yarışlarına start verildi
21 iyul 2025 - 10:39 543
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən atletika yarışlarına start verilib.
Şimali Makedoniyanın Skopye şəhərindəki Todor Proeski milli stadionunda təşkil olunan yarışda bu gun Azərbaycanın 8 idmançısı mübarizə aparacaq. Artıq komandamızın ilk üzvü çıxış edib. Təmsilçimiz Safiya Kərimova I mərhələnin III təsnifat yarışında 100 m məsafəyə qaçışda 13,09 nəticə göstərib. O, bu nəticə ilə təsnifat mərhələsini yeddinci pillədə tamamlayıb.
Qeyd edək ki, Azərbaycan festivalda ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı
