Skopye-2025: dördüncü yarış gününün gündəliyi
24 iyul 2025 - 07:32 255
Bu gün Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının üçüncü yarış gününə start veriləcək.
Yarışların üçüncü günündə Azərbaycanın 19 idmançısı 6 (cüdo, taekvondo, üzgüçülük, şose velosipedi, stolüstü tennis, badminton) idman növündə mübarizə aparacaq.
Fərdi yarışlarda qüvvəsini sınayacaq 18 idmançımızla yanaşı, stolüstü tennis cütlüklərimiz və üzgüçülük proqramında qarışıq estafet - 4x100 m kompleks üzmə üsulla estafet üzrə (iki oğlan və iki qızdan ibarət) komandamız da mübarizə aparacaq.
İdmançılarımızın bu günkü yarış proqramını təqdim edirik:
24 iyul
09:00. Taekvondo (oğlanlar), -55 kq
İdmançı: Tomas Kainq (Çexiya) - Aydın Süleymanov (Azərbaycan)
Məkan: Skopye Bədən Tərbiyəsi Universiteti
09:00. Şose velosipedi (qızlar), final mərhələsi
İdmançı: Leyla Həşimova
İdmançı: Sevinc Sultanzadə
İdmançı: Məryəm Hüseynova
Məkan: Kumanovo şəhərinin mərkəzindəki Nova Yuqoslaviya meydanı
09:35. Üzgüçülük (qızlar), təsnifat mərhələsi, I seçmə yarışı
İdmançı: Mehri Abdurrəhmanlı (100 m arxasıüstə)
İdmançı: Vlastilina Xasyanova (100 m arxasıüstə)
Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi
09:55. Cüdo (qızlar), -57 kq, 1/8 final
İdmançı: Səmayə Yusifli (Azərbaycan) - Konstans Dos Reis (Fransa)
Məkan: Yan Sandanski İdman Mərkəzi
10:00. Badminton (qarışıq cütlər), 1/32 final
İdmançı: Əli Gözəlov/ Viktoriya Kumanyayeva (Azərbaycan) - Arauxo/Putri (İsveçrə)
Məkan: Nevana Georgieva - Dunya adına ibtidai məktəb
10:10. Cüdo (qızlar), -63 kq, 1/8 final
İdmançı: Julia Pinter (Macarıstan) -Ayan Əliyeva (Azərbaycan)
Məkan: Yan Sandanski İdman Mərkəzi
10:15. Üzgüçülük (oğlanlar), təsnifat mərhələsi, I seçmə yarış
İdmançı: Amin Oruclu (100 m batterflay)
Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi
10:30. Üzgüçülük (oğlanlar), təsnifat mərhələsi, I seçmə yarış
İdmançı: Fərhad Şirməmmədli (200 m sərbəst üsul)
İdmançı: Ramal Sadıqlı (200 m sərbəst üsul)
Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi
10:45. Üzgüçülük (Qarışıq estafet - 4x100 m kompleks üzmə), təsnifat mərhələsi, I seçmə yarış
Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi
10:55. Cüdo (oğlanlar), -81 kq, 1/8 final
İdmançı: Nikola Petrov (Şimali Makedoniya) - Amin Mehdiyev (Azərbaycan)
Məkan: Yan Sandanski İdman Mərkəzi
11:00. Taekvondo (oğlanlar), -63 kq, 1/32 final
İdmançı Yakub Soltysiak (Polşa) - Ziya Həsənli (Azərbaycan)
Məkan: Skopye Bədən Tərbiyəsi Universiteti
11:00. Şose velosipedi (oğlanlar), final mərhələsi
İdmançı: Çingiz İsayev
İdmançı: Nihad Xudoyev
İdmançı: Asiman Qasımov
Məkan: Kumanovo şəhərinin mərkəzindəki Nova Yuqoslaviya meydanı
11:40. Cüdo (oğlanlar), -73 kq, 1/8 final
İdmançı: Məhəmməd Ağakişiyev (Azərbaycan) - Antonio Stoyçeski (Şimali Makedoniya) - Tiqran Saruxanyan (Ermənistan) görüşünün qalibi
Məkan: Yan Sandanski İdman Mərkəzi
11:00. Taekvondo (oğlanlar), -55 kq, 1/32 final
İdmançı: Sila Uzuncavdar (Türkiyə) – Sehri Cəlalaova (Azərbaycan)
Məkan: Skopye Bədən Tərbiyəsi Universiteti
14:00. Stolüstü tennis (qarışıq cütlər), 1/16 final
İdmançı: Kadet/Skalda (Rumıniya) - Uğur Nəzərli/Şəbnəm Mansurova (Azərbaycan)
Məkan: “Partizan” idman zalı
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı