Skopye-2025-də növbəti qızıl medal
22 iyul 2025 - 20:00 783
Azərbaycan komandasının daha bir cüdoçusu XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında qızıl medal qazanıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, bu uğura -44 kq çəki dərəcəsində mübarizə aparan Gülşən Hüseynova nail olub.
Mübarizəyə 1/4 final mərhələsindən başlayan cüdoçumuz ardıcıl olaraq Sara Coni (Böyük Britaniya) və Livanur Kayıra (Türkiyə) qalib gələrək finala vəsiqə əldə edib. Həlledici görüşdə israilli Yuval Qabayı da üstələyən Avropa çempionatının bürünc medalçısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün daha bir cüdoçumuz Rəsul Əlizadə (-55 kq) də final görüşünə çıxacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı
