Skopye-2025: Badmintonçumuz növbəti görüşünü keçirib
22 iyul 2025 - 11:08 537
Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalında keçirilən badminton yarışları davam edir.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, fərdi yarışların ikinci günündə komandamızın üzvü Əli Gözəlov növbəti oyununu keçirib.
G qrupunda yer alan idmançımız üçüncü oyununda italiyalı Alessio Katalfamo ilə qarşılaşıb. Gərgin keçən yarış rəqib idmançının 2:0 (21:19, 21:17) hesablı qələbəsi ilə yekunlaşıb.
İdmançımız bu gün Bakı vaxtı ilə 16:30-da dördüncü görüşünü keçirəcək. Rəqib kiprli Pantelis Vasiliou olacaq.
Qeyd edək ki, badminton yarışları Nevana Georgieva - Dunya adına ibtidai məktəbdə keçirilir.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı