Skopye-2025: Atıcılarımız gümüş medal qazandılar
25 iyul 2025 - 13:32 521
Şimali Makedoniyada keçirilən “Skopye-2025” XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında güllə atıcılığı yarışlarında mükafatçılar müəyyən olunub.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, bu gün 10 metr məsafəyə pnevmatik tapançadan Duet (HİT/MİSS) yarışlarında ölkəmizi təmsil edən Oleq Kerjankin və Leyli Əliyeva parlaq çıxışları ilə yadda qalıblar.
Komanda üzvlərimiz 53 xalla final mərhələsinə vəsiqə qazanıblar. Komandamız bu nəticə ilə həm də Avropa rekordunun müəllifi olub.
Final mərhələsində atıcılarımız Moldova təmsilçilərinə 19-21 hesabıyla məğlub olublar. Bununla da idmançılarımız gümüş medalla kifayətləniblər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı


