Skopye-2025: atıcılarımız finala vəsiqə qazana bilmədilər
21 iyul 2025 - 16:33 472
Bu gün EYOF-2025 çərçivəsində keçirilən güllə atıcılığı yarışlarına start verilib.
Yarışların ilk günündə Azərbaycan komandası da mübarizəyə başlayıb.
Leyli Əliyeva və Oleq Kerjankindən ibarət cütlüyümüz pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışlarında hədəfi nişan alıb. "Partizan" idman zalında keçirilən yarışda cütlüyümüz 379.7 bal toplayıb. Komandamız bu nəticə ilə təsnifatda 16-cı yeri tutaraq final mərhələsinə vəsiqə qazana bilməyib.
Qeyd edək ki, reqlamentə görə bu mərhələdə ilk 8 yeri tutan komandalar finala vəsiqə əldə edib.
