Sərxan Əliyev VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb
09 noyabr 2025 - 20:22 470
Azərbaycanın boksçusu Sərxan Əliyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.
Olympic.az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz iordaniyalı rəqibinə məğlub olaraq oyunların bürünc medalını qazanıb.
Qeyd edək ki, döyüşü İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri, millət vəkili Könül Nurullayeva izləyib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı
