Sərbəst güləşçilərin ilk rəqibləri müəyyənləşdi
06 aprel 2024 1059
Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində sərbəst güləş üzrə püşkatma mərasimi keçirilib.
Püşkün nəticəsinə əsasən Azərbaycan təmsilçilərinin də ilk rəqibləri bəlli olub.
Mübarizəyə 1/8 finaldan başlayacaq Əliabbas Rzazadə (57 kiloqram) bu raundda italiyalı Simone Piroddu ilə qarşılaşacaq.
Hacı Əliyev (65 kiloqram) təsnifat mərhələsində fransalı Həmzət Arsomirzoyevlə görüşəcək.
Turan Bayramov (74 kiloqram) və Osman Nurmaqomedov (86 kiloqram) yarışa 1/8 finaldan qoşulacaqlar. Onlar müvafiq olaraq, isveçrəli Tobias Portmann və litvalı Domantas Pauliusçenkonu sınağa çəkəcəklər.
Georgi Meşvildişvili 125 kiloqramda Abraham Konyedo (İtaliya) – Paris Karepi (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, turnirin ilk günündə qüvvəsini sınayan Azərbaycanın yunan-Roma güləşçiləri - Nihat Məmmədli (60 kiloqram), İslam Abbasov (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Beka Kandelaki (130 kiloqram) finala çıxa bilmədikləri üçün “Paris-2024” Yay Olimpiya Oyunlarına Lisenziya qazana bilməyiblər.
Qadın güləşçilərdən isə Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq), Elis Manolova (68 kq) və Mariya Stadnik (50 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı