Selcan Mahsudova Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25 mart 2024 1028
Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.
Gimnastika millimizin Fransanın paytaxtında qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib. Bununla da lisenziyaçılarımızın sayı 11-ə çatıb.
Xatırladaq ki, bədii gimnastımız Zöhrə Ağamirova da ötən il "Paris-2024"ə lisenziya əldə etmişdi.