Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
16 avqust 2026 - 22:59 1252
Bu gün Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının bağlanış mərasimi baş tutub. Mərasimdə Dünya Çempionatının bayrağı Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, Dünya Gimnastikası tərəfindən isə Dünya çempionatının növbəti ev sahibinə, Azərbaycan nümayəndə heyətinə təqdim olunub.
Bayrağın təqdim olunması ilə bədii gimnastika üzrə 43-cü Dünya çempionatının 15–19 sentyabr 2027-ci il tarixlərində Azərbaycanda keçiriləcəyi ilə bağlı simvolik mərasim baş tutub.
Həm builki, həm də 2027-ci ildə Bakıda təşkil olunacaq 43-cü Dünya çempionatı Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Bakıda keçiriləcək Dünya çempionatında fərdi və qrup hərəkətləri proqramında daha çox gimnastın lisenziya qazanma şansı olacaq, ona görə bu mundial gimnastların Olimpiya Oyunlarına vəsiqə qazanması baxımından daha vacib mərhələlərdən biridir.
Beləliklə, Azərbaycan həm Dünya çempionatına ev sahibliyi etməklə, həm də Olimpiya yolunda mühüm təsnifat mərhələsini qəbul etməklə dünya gimnastikasının diqqət mərkəzində olacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı

