Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu olub
21 avqust 2026 - 10:19 1815
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
Dördüncü yarış günündə yunan-Roma güləşi üzrə 60 və 82 kiloqramda, qadın güləşi üzrə isə 50, 53 və 72 kiloqramda qaliblər müəyyənləşib.
Ayxan Cavadov (60 kiloqram) finalda özbəkistanlı Dostonbek Oripovla qarşılaşıb. Həmyerlimizin ilk hissədə icra etdiyi 4 xallıq fənd qarşılaşmanın taleyini həll edib. Rəqibinə 4:1 hesabı ilə qalib gələn Cavadov titulunu qoruyub və ardıcıl 2-ci dəfə U-20 dünya çempionu olub.
Elmin Əliyev (82 kiloqram) bürünc medal uğrunda görüşdə türkiyəli İsmayıl Bərəkətlə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən güləşçimiz sonadək üstünlüyünü qoruyub və 7:1 hesablı qələbə ilə dünya üçüncüsü olub.
Zəhra Kərimzadə (72 kiloqram) isə bürünc medal uğrunda qarşılaşmada rusiyalı Liliana Kazminaya məğlub olub və dünya çempionatını 5-ci pillədə başa vurub.
Beləliklə, Azərbaycanın mundialda qazandığı medalların sayı 5-ə çatıb. Əvvəlki günlərdə Cavidan Nehmətov (77 kiloqram) gümüş, Emin Cavadlı (55 kiloqram) və Tural Əhmədov (63 kiloqram) isə bürünc medal əldə ediblər.
Bənzər xəbərlər
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
Azərbaycan təmsilçisi Zahit Cəfərov Çexiyanın Frenştat pod Radhoştem şəhərində keçirilən ... Ətraflı
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
Yaponiyanın paytaxtı Tokioda fiqurlu konkisürmə üzrə "Kinoshita Cup" yarışı keçirilib.
Azərbaycan ... Ətraflı