3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsinin oyunları keçiriləcək
14 avqust 2026 - 10:58 198
15-16 avqust "Sea Breeze" istirahət mərkəzində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının (FIBA 3x3 World Women's Series) növbəti mərhələsinin oyunları keçiriləcək. Bu mərhələdə ümumilikdə 16 milli və klub komandası iştirak edəcək. Azərbaycan, "Neftçi SOCAR", Niderland, Almaniya, Avstriya, "Madrid" (İspaniya), Latviya, "Yanjinq" (Çin), Çexiya, "Varşava" (Polşa), Ukrayna, Polşa, Paraqvay, Misir, Benin, "Arrasate Ointxe" (İspaniya). Turnirdə ilk oyun gününün görüşləri 15 avqustda keçiriləcək və oyunlar təsnifat mərhələsi ilə start götürəcək. Əsas mərhələnin C qrupuna vəsiqə qazanmaq üçün mübarizə aparacaq milli komandamız təsnifat oyunlarında iştirak edəcək. Saat 10:00-da millimiz turnirin açılış matçında Ukrayna yığması ilə üz-üzə gələcək, ardından saat 10:50-də Misir yığmasına qarşı qüvvəsini sınayacaq. Günün ikinci yarısında isə əsas qrup oyunlarının həyəcanı başlayacaq. B qrupunda yer alan "Neftçi SOCAR" ilk matçına saat 15:50-də İspaniyanın "Arrasate Ointxe" klubuna qarşı çıxacaq. Təmsilçimiz qrupdakı digər görüşünü saat 17:40-da Çinin "Yanjinq" komandasına qarşı keçirəcək. Qeyd edək ki, qruplarda ilk iki pillənin sahibləri 1/4 finala vəsiqə qazanacaqlar. Avqustun 16-da 1/4 final oyunları ilə yanaşı, yarımfinal və final görüşləri də baş tutacaq. Azarkeşlər iki gün davam edəcək "Sea Breeze" mərhələsinin oyunlarını İdman TV və FIBA 3x3-ün rəsmi YouTube kanalı vasitəsilə canlı izləyə biləcəklər.
Bənzər xəbərlər
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Avropa çempionatına start verilib.
Yarışda Azərbaycanı ... Ətraflı
Dünyanın ən güclü çimərlik güləşçiləri Bakıya gəlir
27-29 avqust tarixlərində ökəmizdə ilk dəfə çimərlik güləşi üzrə U17 ... Ətraflı