Azərbaycanın yeniyetmə cüdoçusu dünya çempionu olub
21 avqust 2026 - 11:17 1913
Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub.
Cüdo Federasiyasından bildirilib ki, Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatının ilk yarış günündə 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə qazaxıstanlı Adiljan Nurbekeni məğlub edən cüdoçumuz qızıl medala sahib çıxıb.
Qeyd edək ki, bu gün Azərbaycanın daha üç yeniyetmə cüdoçusu dünya çempionatında tatamiyə çıxacaq.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı