Şəhidin xatirəsinə həsr olunmuş cüdo yarışı keçirilib
03 aprel 2025 645
Şuşa rayon Uşaq-Gənclər və İdman Məktəbinin təşkilatçılığı ilə keçirilən cüdo üzrə açıq birinciliyə yekun vurulub.
Vətən müharibəsi şəhidi Ülvü Mikayılovun xatirəsinə həsr olunmuş turnir Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası və Qarabağ Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə baş tutub.
Ölkənin müxtəlif bölgələrindən 300-dən çox gənc cüdoçunun qatıldığı yarışın açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Ü.Mikayılovun qəhrəmanlığından, onun vətənpərvər ruhundan danışaraq, bu cür tədbirlərin gənc nəslin milli-mənəvi dəyərlərlə böyüməsində mühüm rol oynadığını vurğulayıblar.
Turnirin sonunda öz çəki dərəcələrində qalib olan idmançılar diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Bağlanış mərasimində təşkilatçılar gələcəkdə də bu cür yarışların keçiriləcəyini bildiriblər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı