Şahin Bağırov voleybol üzrə rayon birinciliyinin qaliblərini mükafatlandırıb
18 mart 2025 817
Beyləqanda voleybol üzrə məktəblilərin rayon birinciliyinin final görüşü keçirilib.
Hacıqabul RVK-nın, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Beyləqan Olimpiya İdman Kompleksində baş tutan oyunu Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Elçin Qiyasov və digər qonaqlar canlı izləyiblər.
Qarşılaşmanın sonunda qaliblərə kubok və medallar təqdim olunub.
Daha sonra Ş.Bağırov yarış iştirakçıları ilə görüşüb. AVF prezidenti mükafatçıları təbrik edib, ölkədə voleybolun kütləviliyinin artırılması və inkişafı istiqamətində görülən işlərdən danışıb, gənc idmançılara tövsiyələrini verib və onlara uğurlar arzulayıb.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı