Şahdağda keçirilən Avropa çempionatında ikinci yarış gününə start verilir
05 mart 2026 - 09:37 281
Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatı davam edir.
Yarışların ikinci günündə idmançılar qarışıq estafet növündə mübarizə aparacaqlar. Əvvəlcə yeniyetmə qızlar və oğlanlar arasında təsnifat və final yarışları keçiriləcək. Ardınca isə böyüklər arasında qadın və kişilərin qarışıq estafet yarışına start veriləcək. Təsnifat və final yarışlarından sonra mükafatlandırma mərasimi keçiriləcək.
Qeyd edək ki, Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunda ümumilikdə 18 ölkədən 124 idmançı mübarizə aparır. Azərbaycan komandası yarışda 5 idmançı ilə təmsil olunur. Yarışlara martın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı